Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

17 May 2017 11:12 (UTC+04:00)

APA-nın məlumatına görə, növbədənkənar sessiya yaz sessiyasından sonraya - iyun ayına təyin olunub.

Növbədənkənar sessiyanın keçirilməsi barədə qərar 65 deputatın müraciəti əsasında qəbul edilib.

Sessiya müddətində iki plenar iclasın və bir necə komitənin iclaslarının keçirilməsi, bir sıra sənədlərin müzakirəsi gözlənilir.

AzNews.az