ABŞ-da kürd etirazçılarla türk fəallar əlbəyaxa oldular – VİDEO

17 May 2017 12:23 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər uzun müddət əlbəyaxa olublar.

Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü zamanı baş verib.

Məlumata görə, türkiyəli fəallar Ərdoğanın siyasətinə qarşı etiraz edən kürdlərə hücum ediblər. Qarşıdurmalara Ərdoğanın cangüdənləri də müdaxilə ediblər. Təhlükəsizlik qüvvələri dava-dalaşın şiddətlənməsinə imkan verməyib.

Aksiya zamanı kürd fəallar Xalqların Demokratik Partiyası lideri Səlahəddin Dəmirtaşın azad edilməsini tələb ediblər.

Bəxtiyar Abbasov

AzNews.az