Yaponiya şahzadəsi titulundan imtina etdi- Ərə getmək üçün

17 May 2017 13:55 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Akisino Yaponiyanın paytaxtı Tokio şəhərində Beynəlxalq Xristian Universitetində təhsil alıb. Onun 25 yaşlı sevgilisi Key Mokuro da həmin universitetin tələbəsi olub. Cütlük ilk dəfə 5 il əvvəl restoranda qarşılaşıb. Akisino sevgilisini öz ailəsi ilə də tanış edib və onun ailəsi övladlarının seçimini bəyəniblər.

Komuro xizək idman növü, skripka və aşpazlıqla maraqlanır.

Şahzadə Akisino ailəsinin böyük övladıdır. Onun Kako adlı bir bacısı və Hisahito adlı bir qardaşı var. Yaponiya qanunlarına görə taxt-tacın varisi təkcə kişi ola bilər.

Mako, eyni zamanda, Avropada da təhsil alıb. O, hazırda Tokio Universiteti muzeyinin filialında elmi işçi kimi fəaliyyət göstərir və mədəniyyətşünaslıq üzrə doktor dərəcəsi almağa çalışır.

Makonun babası Yaponiyada zadəgan ailəsindən olmayan qızla evlənən ilk imperatordur.

Görünür, Mako zadəganlığın yazılmamış qanunlarını pozmaqda babasına oxşayıb.

Bəxtiyar Abbasov

AzNews.az