Bu gün Kann kinofestivalının açılışıdır

17 May 2017 15:33 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, festivalda 18 film “Palm d’Or” (Qızıl Palma) mükafatı uğrunda mübarizə aparır.

Kinoulduzları ən yaxşı aktyor, ən yaxşı aktrisa, ən yaxşı rejissor və digər nominasiyalar üzrə mükafatlar əldə edəcəklər.

Nüfuzlu kinofestivalın açılışını fransalı rejissor Arno Depleşenin “İsmayıln Kabusları” filmi edəcək. Festivalda amerikalı kinorejissor Sofiya Koppola, yunan rejissor Yorqos Lantimos, fransalı rejissor Fransua Ozon və digər kinematoqrafların filmləri yer alır.

Festivala, eyni zamanda, ukraynalı rejissor Sergey Loznitsanın “İncə varlıq” filmi də daxil edilib. Film rus yazıçı Fyodor Dostoyevskinin povesti əsasında ekranlaşdırılıb. Film Litvada çəkilib.

Bəxtiyar Abbasov

AzNews.az