Atıcılıq komandamız gümüş medal qazandı

17 May 2017 15:59 (UTC+04:00)

Trend-in məlumatına görə, Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət ikinci komandamız finalda Bəhreynə uduzub - 24:27.

Niyaz Ağazadə və Regina Meftahətdinovadan ibarət birinci komandamız isə üçüncü yer uğrunda qarşılaşmada türkiyəli atıcılara məğlub olaraq yarışı medalsız başa vurub - 25+1:25+2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az