"ÜAK-ın ləğvi Rusiyanın öz vətəndaşlarını incitməsi deməkdir"- Fəzail İbrahimli

17 May 2017 17:14 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, Azərbaycan Rusiya münasibətlərində düşünmək məqamı ortaya çıxacaq:

Çünki Azərbaycan bütün məsələlərdə nümunəvi addımlar atır. Burada söhbət Rusiyanın öz vətəndaşlarına münasibətlərindən gedir. İkili standartla yanaşma və öz vətəndaşlarına qarşı münasibətləri daha da kəskinləşdirmək... ÜAK-ın ləğvi Rusiyanın öz vətəndaşlarını incitməsi deməkdir. Güman edirəm ki, Rusiya üçün bu bir düşüncə mənbəyidir.

Fəzail İbrahimli qeyd edib ki, bununla bağlı məhkəmənin qərarı hələ yekunlaşmayıb:

Güman edirəm ki, bunun haqqında dövlət səviyyəsində düşüncələr meydana çıxacaq. Bu mənfi bir qərardır. Heç kəs deyə bilməz ki, bu qərara müsbət yanaşmaq olar. Hardasa qərarın dayandırılmasına bir ay müddət var.

Deputatın fikrincə, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycanı sarsıtmamalıdır:

Azərbaycan düşünməli və öz hüquqlarını ortaya qoymalıdır. Beynəlxalq hüquq normalarına uyğun olaraq, fikirlərini ortaya qoymalıdır.

Bahar RÜSTƏMLİ

AzNews.az