Xalq artisti xəstəxanaya yerləşdirildi

17 May 2017 18:18 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, R. Hüseynov mayın 14-də Mərkəzi Neftçilər Xəstəxansına yeriləşdirildiyini deyib:

“Özümü yaxşı hiss etmirdim. Həkimlər məsləhət gördülər ki, xəstəxanada qalım, müalicə alım. Ayaqlarımda şiş var, başım gicəllənir. Diaqnoz bir xəstəliklə bağlı deyil. Amma əsas odur ki, onkoloji problemlə bağlı deyil”.

R. Hüseynov əlavə edib ki, xəstəxanadan nə vaxt çıxacağı ilə bağlı məlumatı yoxdur: “Həkimlər deyir darıxma, yaxşı olacaq. Mən də ümid edirəm, hər şey yaxşı olacaq”.