Güləşçimiz gümüş medal qazandı - İslamiada

17 May 2017 20:37 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Yousef Qaderian olub. Gərgin keçən mübarizədə hesab 1:1 olsa da, iranlı güləşçi sonuncu xal qazandığı üçün, hakimlər qələbəni iranlı təmsilçiyə veriblər.

Güləşçimiz R.Hüseynov isə gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.