Taekvondoçularımız daha iki qızıl medal qazandı

17 May 2017 21:08 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, 5 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar. Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxıb.

İdmançılarımızdan Ayxan Tağızadə (68 kq) və Patimat Abakarova (49 kq) İslamiadanı qızıl medalla başa vurublar.

Ayxan Tağızadə finalda Seyidhüseyn Ehsanipetrudini (İran), Patimat Abakarova isə qazaxıstanlı Aynur Yasbergenovanı məğlub edib.

Qeyd edək ki, bugün Fəridə Əzizova, ötən gün Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazanıb.