Yeznəsi 39 yaşlı kişini bıçaqladı - Bakıda

18 May 2017 09:03 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Qızıldaş qəsəbəsində 1978-ci il təvəllüdlü Mustafayev Telman Fərman oğlu yeznəsi tərəfindən bir neçə ağır bıçaq xəsarəti alıb. T. Mustafayev xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

AzNews.az