AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Kris Kornel “Soundgarden” qrupunun ritm gitaraçısı, eyni zamanda, “Audioslave” rokçularının vokal ifaçısı olub.
Məlumata görə, rokçu gözlənilmədən ölüb. Tibbi ekspertiza onun ölüm səbəblərini müəyyən etməyə çalışırlar.
Kris Kornelin bəstələri arasında “Black Hole Sun” mahnısı roksevərlərin dillər əzbəridir.
Müğənni bir çox məşhur layihələrdə çalışıb. O, 2006-cı ilin Ceyms Bond filmi olan “Casino Royale”ın soundtrekini hazırlayıb.
Bəxtiyar Abbasov
AzNews.az