Turistlə dolu mikroavtobus aşdı – 18 nəfər xəsarət aldı

18 May 2017 12:57 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qəzada xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.

Xəsarət alanların əvvəlcə rus turistlər olduğu iddia edilsə də, daha sonra onların Ukrayna vətəndaşları olduğu ortaya çıxıb. Onların arasında iki türk də var. Məlumata görə, hadisə zamanı mikroavtous turistləri Bodrum şəhərindən Pamukkale təbii parkına aparırmış. Qəzaya nəyin səbəb olduğu məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb.

Bəxtiyar Abbasov

AzNews.az