ÜAK-ın apellyasiya müraciətinə müvafiq qaydada baxılaraq məsələ müsbət həllini tapacaq - XİN

18 May 2017 18:52 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, H. Hacıyev deyib ki, Azərbaycan təbii olaraq Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycan Konqresinin üzvləri ilə əlaqə saxlayır:

"Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya Erməni İttifaqının üzvləri ilə təmasdadır. Məndə olan məlumata görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apellyasiya müraciəti müvafiq qaydada baxılacaq və məsələ öz müsbət həllini tapacaq".