Boksda növbəti gümüş medal

18 May 2017 19:31 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 81 kq çəki dərəcəsində döyüşən idmançımız Rauf Rəhimov qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gəlib.

Təəssüf ki, R.Rəhimov da final görüşündə büdrəyib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.