Tovuzda naməlum heyvan skeleti tapıldı - Video

18 May 2017 22:13 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, kənd sakinləri qalıqların hansı heyvana məxsus olduğunu bilmirlər.

Heyvanın uzun dişi və caynaqları var. Ölçüsü kiçik olsa da arxa ayaqları qısadır. Bu da onu deməyə əsas verir ki, bu heyvan tullanmağı da bacarıb. Bir çoxları onu yenot və ya dələyə də bənzədirlər. Mürvət Quliyev deyir ki, gün ərzində eşidənlər gəlib skletə baxır. Amma hələ ki, heç kim onun hansı heyvanın skleti olduğunu müəyyənləşirə bilməyib.