27 yaşlı qadın əri tərəfindən bıçaqlandı - Bakıda

19 May 2017 09:24 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə NZS qəsəbəsi, Aşıq Qurban küçəsi, ev 21-də qeydə alınıb.

Belə ki, 27 yaşlı Rəhimova Aynur Şöhrəddin qızı mübahisə zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. O, aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu hadisədən bir gün əvvəl A.Rəhimova əri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib, müayinə olunduqdan sonra isə evə buraxılmışdı.

AzNews.az