49 yaşlı kişiyə qarşı dələduzluq edilib - 620 min dollarlıq

19 May 2017 10:08 (UTC+04:00)

"Report" xəbər verir ki, dələduzluqla üzləşmiş Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Elxan Rafiq oğlu Muradov bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

E.Muradov bildirib ki, Abşeron rayon sakini 1967-ci il təvəllüdlü İlham Kərim oğlu Xıdırov onu aldadaraq 620 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.

Onun sözlərinə görə, İ.Xıdırov pulu 2014-cü ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək olan müddətdə alıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az