Beyonce və Jay-Z cütlüyünün sərvəti açıqlandı- Milyard dollar

19 May 2017 11:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Forbes”-in ən son açıqlamalarına görə, Beyoncenin şəxsi sərvəti 350 milyon dollar, reper Jay-Zinin isə 810 milyon dollardır. Beləliklə də ailənin ümumi sərvəti 1,16 milyard dollara çatıb.

Jay-Z və Beyonce 2008-ci ilin aprelində ailə qurublar. Cütlüyün Blu Ayvi adlı bir qız övladları var. Hazırda hamilə olan Beyoncenin əkiz uşaqlarının olacağı gözlənilir.