Baskiyanın əsəri rekord qiymətə satıldı – 110.5 milyon dollar

19 May 2017 14:21 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hərracın vaxtı cəmi 10 dəqiqə çəkib.

Neo-ekspressionist əsər rəssamın bir il əvvəl satılan əsərinin iki qat qiymətinə alıcısını tapıb. Əsər 110.5 milyon dollara satılıb. Alıcı eyni şəxs olub.

Əsər yağlı boya və spreylə çəkilib. Əsərdə kəllə sümüyü şəklində insan sifəti təsvir olunur.

Alıcı yaponiyalı dərzi Yusaku Maezaua bildirib ki, o, əsəri doğma şəhəri Çibada yerləşən ev muzeyində sərgiləyəcək.

Bəxtiyar Abbasov

AzNews.az