Maşın piyadanı vurdu - Binədə

19 May 2017 14:09 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 18-də saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Kəngərli rayon sakini Vaqif Camalov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Röyfət Novruzovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.