Bakı-Quba yolunda ağır qəza - Yaralananlar var

19 May 2017 17:08 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın Şabran rayonunun Sincanboyad kəndi ərazisində “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

AzNews.az