Güləşçimiz finalda uduzdu

19 May 2017 19:22 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Məhəmməd Müslümov həlledici görüşdə iranlı Meysam Nasiri ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma M.Nasirinin qələbəsi ilə başa çatıb - 3:5.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.