Avropa Birliyinin nümayəndəsi məhkəməyə buraxılmadı

8 Fevral 2013 12:26 (UTC+04:00)
Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Roland Kobiya Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədovun işi ilə bağlı aplellyasiya şikayəti üzrə məhkəmə iclasında iştirak etmək istəyib. Musvat.com-un əməkdaşının məlumatına görə, diplomat prosesin keçirildiyi Bakı Apellyasiya binasına buraxılmayıb və onun iclasda iştirakına icazə verilməyib.

Roland Kobiya məhkəmə binasının qarşısında jurnalistlərə açıqlamasında Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən narahatlığını ifadə edib və həbsləri pisləyib.

AzNews.az