Bərdədə baş verən partlayışın səbəbi məlum olub

19 May 2017 20:20 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil Ziyadov deyib ki, vətəndaş Elşən Cavadov evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazıb.

O qeyd edib ki, həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur, vətəndaşın özü tərəfindən qazılıb: “Bu gün Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur”.