Sərbəst güləşçilərimizdən 2 qızıl, 1 gümüş - İslamiada

19 May 2017 20:54 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan Hacıyev finalda iranlı Amir Mohammadini yenib - 9:2.

57 kq çəki dərəcəsində yer alan Əmiraslanov finalda qazaxıstanlı Jandos İsmayılovu məğlub edib.

65 kq çəki dərəcəsində yer alan Müslümov finalda iranlı Meysam Nəsiriyə uduzub - 3:5.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 2 qızıl, 1 gümüş medalla başa vurublar.