Bərdə sakinini döyüb, ağır yaraladılar

19 May 2017 21:16 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəxan kəndində baş verib.

Kənd sakini, 40 yaşlı Yusifov Elnur Şakir oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən E.Yusifov əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində araşdırma aparılır.