15 yaşlı qız bədbəxt hadisə nəticəsində...

20 May 2017 16:58 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 2002-ci il təvəllüdlü Süleymanov Fidan Ərəbxan qızı yaşadığı fərdi evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq ağır kəllə-beyin travması alıb.

Yaralı yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər yaralıya tibbi yardım göstərdikdən sonra onu travmatologiya şöbəsinə yerləşdiriblər. Hazırda xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az