Bakı-Ankara reysində ləngimə - Yenilənib

20 May 2017 18:33 (UTC+04:00)

AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski APA-ya bildirib ki, həmin qadın sərnişinin səhhəti ilə əlaqədar bugünkü reysdə uçmayacağı dəqiqləşib.

AZAL-ın Bakı-Ankara reysi ilə uçmalı olan təyyarə qısa zamanda havaya qalxacaq.

***

17:59

AZAL-ın bu gün saat 16.00-da Bakı-Ankara reysi ilə havaya qalxmalı olan təyyarəsinin uçuşu ləngiyir.

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənsiki APA-ya bildirib ki, buna səbəb təyyarənin sərnişinlərindən birinin özünü pis hiss etməsidir. Həmin şəxs ürək ağrılarından şikayətlənib.

Bununla əlaqədar həkim çağırılıb, hazırda sərnişin həkim müayinəsindən keçir. Həkim müayinəsinin nəticəsindən asılı olaraq sərnişinin bu reyslə uçub-uçmayacağı barədə qərar veriləcək.

AzNews.az