Keyt Midlton bacısının toyunda - Fotolar

20 May 2017 18:45 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Keyt bacısı Pippi Midlton və Ceyms Mettyuzanın toyuna həyat yoldaşı şahzadə Uilyam, övladları Corc və Şarlota ilə qatılıb. Onun bacısı 41 yaşlı iqtisadçı və menecer ilə ailə həyatı qurur. Keyt toya açıq çəhrayı rəngli əlbisə, klasik şlyapa geyinib. Onun övladları toyda cütlüyün yanında olan uşaqların içərisindədir. Üzükləri və gülləri onlar daşıyır. Uşaqlarının davranışına görə toyda narahat görünən Keytin əhval-ruhiyyəsi sonradan düzəlir.