Bakıda metaləritmə sexində yanğın - 2 nəfər yaralandı

20 May 2017 21:25 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan metaləritmə sexinin ərazisində 10 m2 sahədə stol-stul, 1 ədəd rəf və 1 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıblar.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.