Azərbaycan suya tullanmada qızıl medal qazandı

21 May 2017 17:43 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 5 cəhdin yekununda Azərbaycan təmsilçisi Olqa Bıkovskaya 223,10 xal toplayaq qızıl medala layiq görülüb. Gümüş medalı türkiyəli Keskin Yaprak Seli (177,40), bürünc medalı indoneziyalı idmançı Della Harimurti (168.75) qazanıb.

Türkiyəli daha bir suya tullanan Sinem Sağlam 165,10 xalla dördüncü yeri tutaraq medalsız qalıb.