Qadın güləşçilərimizə medalları Birinci vitse-prezident Mehriban Əliyeva təqdim etdi

21 May 2017 19:36 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

69 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Elis Manolova, 48 kq-da isə digər güləşçimiz Mariya Stadnik birinci olub.

Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.