Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatdı - Azərbaycan qalib oldu + Yenilənib 3

22 May 2017 16:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tennis və uşu üzrə fərdi, stolüstü tennisdə isə komanda yarışlarının qalibləri müəyyənləşəcək. Qadın idmançılarımız stolüstü tennis üzrə finalda İran millisi ilə qarşılaşacaqlar.

Uşuda isə üçqat Avropa çempionumuz Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Azərbaycanın 75 qızıl, 46 gümüş, 33 bürünc medalı var. Türkiyə isə 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medala malikdir.

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

***

Qadın idmançılarımız stolüstü tennis üzrə finalda İran millisi ilə qarşılaşıblar. Görüş İran yığmasının qələbəsi ilə başa çatıb. Komandamız gümüş medala sahib olub.

***

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində uşu yarışları keçirilib. Belə ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Vüqar Kərəmov həlledici görüşdə İran idmançısı Saeid Fazeli ilə qarşılaşmada 0:2 hesabı ilə məğlub olub və gümüş medala sahiblənib.

***

Azərbaycan yığması 75 qızıl, 50 gümüş, 37 bürünc medalla IV İslam Həmrəyliyi Oyunlarının qalibidir. 71 qızıla sahiblənən Türkiyə ikinci, 39 qızıl medal qazanan İran isə üçüncü yeri tutub. 40 ölkə müxtəlif əyarlı medallar qazanıb, 14 ölkə bu yarışlarda medal qazanmayıb.