Dini mərasimdən qayıdan avtobus qəzaya uğradı - 17 nəfər öldü

22 May 2017 12:01 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sərnişinlə dolu avtobusun dərəyə yuvarlanması nəticəsində azı 17 nəfər ölüb, 31 nəfər xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qəza zamanı avtobus yolkənarında 90 mert dərinliyi olan dərəyə yuvarlanıb.

Hadisə insanlar dini mərasimdən qayıdan zaman baş verib.

Qəzaya nəyin səbəb olduğu məlum deyil.

Ölkə prezidenti Enrike Penya Nyeto qəzada ölənlərin ailələrinə baş sağlığı verib.

Bəxtiyar Abbasov

AzNews.az