Su-24 təyyarəsinin pilotunu öldürən şəxsə hökm oxundu - 5 il həbs

22 May 2017 14:26 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə hökuməti onu qanunsuz silah saxlamaqda ittiham edib.

Çeliyin Peşkovun qətlində əli olub-olmaması ilə bağlı istintaq işi isə davam etdirilir.

2015-ci ildə Çelik Peşkovun vurulması ilə bağlı video yayımlamışdı. Videoda Çəlik onu öldürdüyünü etiraf edirdi. Lakin daha sonra o, bu məsuliyyəti üzərindən atmışdı.

Alparslan Çəlik mart ayının 30-da İzmir restoranlarından birində həbs olunmuşdu.

2015-ci il 24 noyabr tarixində Türkiyə hərbi qüvvələri Rusiyaya məxsus Su-24 təyyarəsini vurmuşdular. Təyyarədə olan pilotlardan biri xilas olsa da, digəri Oleq Peşkov yerə düşdükdən sonra silahlılar onu vurmuşdular.

Bəxtiyar Abbasov

AzNews.az