Bu gün İslamiadanın bağlanış mərasimi olacaq

22 May 2017 15:43 (UTC+04:00)

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.

Mərasimdə İslamiadada iştirak etmiş ölkələrin keçidi olacaq, bədii proqram nümayiş etdiriləcək. Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədov olacaq.

Qeyd edək ki, "Bakı 2017"də 54 ölkə iştirak edib. Azərbaycan 75 qızıl, 50 gümüş, 37 bürünc mesalla İslamiadanın qalibi olub. Türkiyə isə 71 qızıl, 67 gümüş və 57 bürünc olmaqla, 195 medal qazanıb və kəmiyyətcə birinci yeri tutub. Oyunların açılış mərasimi mayın 12-də elə Bakı Olimpiya Stadionunda təşkil edilib.

AzNews.az