“Yanğın nəticəsində “525-ci qəzet”in redaksiyasına ziyan dəyməyib”

8 Fevral 2013 14:56 (UTC+04:00)
"Baş verən yanğın nəticəsində redaksiyamıza heç bir ziyan dəyməyib". Bu açıqlamanı APA-ya "525-ci qəzet"in baş redaktorunun müavini Yusif Rzayev verib. Onun sözlərinə görə, yanğın binanın zirzəmisində başlayıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərinin qısaqapanma nəticəsində baş verib.

Qeyd edək ki, yanğın "525-ci qəzet"in yerləşdiyi Azərbaycan Tərcümə Mərkəzinin zirzəmisində başlayıb. Yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürmə maşını gəlib.

AzNews.az