Qaynanası ilə mübahisə edən gəlin özünü 8-ci mərtəbədən atdı - Bakıda + Yenilənib

23 May 2017 09:08 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Lalə Tofiq qızı Yaqubova özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb.

Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. L.Yaqubovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

08:55

***

Report-un məlumataına görə, həkimlər qadının vəziyyətini stabil-orta ağır kimi qiymətləndirirlər və həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.

Yaxınlarının sözlərinə görə, hadisə gəlin və qaynana arasında baş verən və bir müddətdir davam edən münaqişə zəminində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

AzNews.az