Şirvan Milli Parkında yanğın

23 May 2017 09:44 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, ərazidə əsən güclü külək nəticəsində yanğın qısa müddət ərzində Şirvan Milli Parkının ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub və qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində Milli Parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.