İran prezidentinin bəxti heç gətirmir

8 Fevral 2013 15:44 (UTC+04:00)



Misirdə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad Qahirədə ikinci dəfə hücuma məruz qalıb.

APA-nın "əl-Ərəbiyyə" telekanalına istinadən məlumatına görə, Əhmədinejad bir iranlı diplomatla görüş keçirən zaman naməlum şəxs kütlənin içindən çıxaraq İran və Suriya prezidentlərinin əleyhinə şüarlar səsləndirib. Sonra M.Əhmədinejadın üzərinə yürümək istəyən şəxs prezidentin mühafizəkarları tərəfindən saxlanaraq, Qahirə polisinə təhvil verilib. Hələlik şəxsin kimliyi barədə məlumat verilməyib.

AzNews.az