Sabiq prezidentə qarşı məhkəmə başladıldı – Koreyada

23 May 2017 13:18 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Park Kın He məhkəmədə təqsirsiz olduğunu bildirib.

Koreya hökuməti Park Kın Heni rüşvətxorluq, vəzifədən sui-istifadə və dövlət sirlərini aşkar etməkdə ittiham edir.

Park Kın He mart ayında həbs olunmuşdu.

Cənubi Koreyada rüşvətxorluğa görə ən ağır cəza ömürlük azadlıqdan məhrumedilmədir.

Bəxtiyar Abbasov

AzNews.az