15 yaşlı məktəblini maşın vurdu

23 May 2017 16:30 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə məktəblinin dərsdən çıxdığı zaman baş verib.

Belə ki, rayonun Göycəli kənd sakini, 2002-ci il təvəllüdlü Elnurə Aqil qızı Əliyeva məktəbin qarşısında yolu keçmək istəyən zaman onu avtomobil vurub. E.Əliyevanı sürücü dərhal Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırıb.

Diaqnostika Mərkəzindən bildirlib ki, yaralı əməliyyat edilib, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az