Bu internet portalının rəhbərinə xəbərdarlıq edildi

23 May 2017 19:34 (UTC+04:00)

AzNews.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi onun diqqətinə çatdırılıb. Həmçinin gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə ona rəsmi xəbərdarlıq edilib.