İslamiadanın açılış və bağlanış mərasimində 3 mindən çox könüllü çalışıb

23 May 2017 20:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov mətbuat konfransında deyib.

O bildirib ki, tələbə könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər: "Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, “Formula-1” Avropa Qran-prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub".

Nazir müavini əlavə edib ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirməsi olan 18 nəfər idmançı 8 idman növü üzrə milli yığma komandaların tərkibində “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edib. Onlardan 6 nəfəri bu oyunların mükafatçısı olub, 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanılıb.