Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara tapılıb - Foto

23 May 2017 23:53 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, gün ərzində 1 071 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina (TM-57) və 1 ədəd partlamamış hərbi sursat (PHS) (RQ-42 əl qumbarası) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 20 363 kv.m (2.04 ha) ərazi tam təmizlənib, 27 200 kv.m (2.72 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.