Bilgəhdə güllələnmə - Yenilənib

24 May 2017 11:14 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

***

10:00

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə ötən gecə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, Ramid Əzizağa oğlu Rəhimov aralarında yaranmış mübahisə zəminində tanışı, Tərlan Ağarəsul oğlu Dadaşovu öldürmək məqsədi ilə güllələyib. Nəticədə ağır yaralanan T. Dadaşov xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində R. Rəhimov tutulub. Ondan hadisədə istifadə etdiyi kustar üsulla hazırlanmış silah götürülüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.