AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-in “müharibə naziri” kimi tanınan Əbu Musab əl-Məsri Hələb vilayətinin şərq hissəsində keçirilən əməliyyatlar zamanı zərərsizləşdirilib.
Suriya hərbi rəhbərliyi əl-Məsrini İŞİD-in yüksək rütbəli şəxslərindən biri kimi təsvir edib.
Hərbi qüvvələr, eyni zamanda, Homs vilayətində də İŞİD silahlılarına qarşı irimiqyaslı əməliyyatlar keçiriblər.
Bəxtiyar Abbasov
AzNews.az