İngiltərənin əfsanəvi futbol klubu italiyalı iş adamına satıldı

24 May 2017 14:29 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Radriccani bir müddət əvvəl klubun səhmlərinin yarısını satın alıb. Lakin artıq səhmlər tamamilə Radriccaniyə məxsusdur.

Radriccani klubun əvvəlki sahibi Massimo Çellinoya təşəkkür edib. “Uzun müddət kluba rəhbərlik etmək və komandanın əvvəlki gücünü bərpa etmək istəyirəm” – deyə Radriccani qeyd edib.

“Leed United” bu mövsüm Premyer Liqanı 7-ci sırada bitirib. 1919-cu ildə qurulan komanda indiyə qədər 3 dəfə Premyer Liqa çempionu titulunu qazanıb.

Bəxtiyar Abbasov

AzNews.az