Aralıq dənizində daha bir mühacir faciəsi – 20 nəfər öldü, onlarla insan itkindir

24 May 2017 18:02 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dənizdə batan mühacirlər arasında azyaşlı uşaqlar da var.

İtaliyanın sahil mühafizə xidməti mühacirləri xilas etmək üçün əməliyyatlara başlayıb.

İlkin məlumata görə, azı 200 nəfər sulara qərq olub. Qayıq batan zaman onun daxilində 500 nəfər olub.

Bu il ərzində 50 min mühacir Aralıq dənizi vasitəsi ilə İtaliyaya keçib.

Bəxtiyar Abbasov

AzNews.az