BMT Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul etdi

24 May 2017 20:43 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, müvafiq qətnamə bu gün qəbul edilib.

Peşəkar tərcüməyə həsr edilmiş birinci qətnamədə bunun xalqların yaxınlaşmasında, qarşılıqlı anlaşma və əməkdaşlıqda, inkişafın təmin edilməsində, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rolu qeyd olunur.

Sənədin müəllifləri qismində Azərbaycan, Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvador çıxış ediblər.